Baş katib yığma komanda ilə görüşüb - Fotolar

15:35 28-09-2018
Baş katib yığma komanda ilə görüşüb - Fotolar

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
Sportmedia.az xəbər verir ki, baş katib Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, 6-da İsveçrə, 2 gün sonra isə Kipr komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı II qrupun oyunları Türkiyədə təşkil olunacaq.

 


.
.
.
1.11687707901