FİFA-dan tarixi dəyişiklik

19:35 28-09-2018
FİFA-dan tarixi dəyişiklik

FİFA prezidenti Canni İnfantino Qətəri razı salaraq 2022-ci ildə Dünya Çempionatında 48 komandanın iştirakına nail olarsa, tarixi bir dəyişikliyə imza atmaq niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb.
Bildirilir ki, FİFA DÇ-2022-də qrup oyunlarında heç-heçəni ləğv etmək istəyir. Belə ki, 90 dəqiqə heç-heçə ilə başa çatan matçlarda birbaşa penalti vuruşlarına keçiləcək. Penalti seriyasında qalib gələn komanda 2 xal, məğlub olan komanda isə 1 xal qazanacaq. Heç-heçəni ləğv etməkdə əsas məqsəd qrup mərhələsinin son oyunlarında bir-biri ilə qarşılaşan yığmaların bərabərə qalaraq birlikdə növbəti mərhələyə vəsiqəni təmin etməklərinin qarşısını almaqdır.
Xatırladaq ki, DÇ-2018-də Fransa ilə Danimarkanın son oyunda bərabərə qalaraq birlikdə növbəti mərhələyə vəsiqə qazanması, İngiltərə ilə Belçika matçının formal xarakter daşıması və Seneqalın “feyr-pley”ə görə qrupda qalması müzakirələrə səbəb olmuşdu.


.
.
.
0.69484186172485