"Qalatasaray"ın zədəli oyunçusunun son durumu

15:31 29-09-2018
"Qalatasaray"ın zədəli oyunçusunun son durumu

Türkiyə Super Liqasında “Ərzurumspor”la oyunda zədələnərək meydanı tərk edən Əmrə Akbabanın son durumuna aydınlıq gəlib.
Sportmedia.az “Qalatasaray”ın yaydığı məlumata əsasən xəbər verir ki, 25 yaşlı oyunçunun ayağında qırıq aşkarlanıb. Yarımmüdafiəçi sentyabrın 30-da ayağından əməliyyat olunacaq.
“Porto” ilə oyunu buraxacağı dəqiqləşən Akbabanın 6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.


.
.
.
0.43238186836243