"Beşiktaş" hücumçu axtarışında

16:13 29-09-2018
"Beşiktaş" hücumçu axtarışında

Hücumçularının performasından razı qalmayan “Beşiktaş” yeni bir forvard transfer etmək üçün hərəkətə keçib.
Sportmedia.az xəbər verir ki, Çin Super Liqasında mübarizə aparan “Shandong Luneng”də forma geyinən Qraziano Pelle “qara qartallar”ın maraq dairəsinə düşüb.
İstanbul təmsilçisinin oyunçu ilə danışıqlara başladığı bildirilir. “Beşiktaş” dekabrın 31-də klubu ilə müqaviləsi başa çatacaq italyan futbolçunu pulsuz heyətinə qatmaq niyyətindədir.


.
.
.
0.45308494567871