"Fənərbaxça"nın yeni hədəfi

16:51 29-09-2018
"Fənərbaxça"nın yeni hədəfi

“Fənərbaxça” heyətini müdafiəçi ilə gücləndirmək istəyir.
Sportmedia.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Dieqo Reyesin performansından məmnun olmayan “sarı-lacivərtlilər” “Amerika Mineyro”nun şərəfini qoruyan Messias Rodriges ilə maraqlanır.
Yayılan xəbərin doğru olduğunu futbolçunun meneceri də təsdiqləyib.
Qeyd edək ki, 23 yaşlı oyunçunun klubu ilə 2022-ci ilin sonunadək müqaviləsi var.


.
.
.
0.72348999977112