Türkiyə Super Liqasında ayrılıq

16:25 01-10-2018
Türkiyə Super Liqasında ayrılıq

Türkiyə Super Liqasına çox yaxşı başlayaraq 4 oyun ardıcıl qələbə qazandıqdan sonra son 3 oyunda qapısında 10 top görən və 3 məğlubiyyət alan “Kasımpaşa” baş məşqçi Kemal Özdeş ilə yolları ayırıb.
Sportmedia.az xəbər verir ki, klub istefa ilə bağlı açıqlamasında:
“Baş məşqçimiz Kemal Özdeşlə görüşdük və yaşanan fikir ayrılığından sonra yolları ayırmaq qərarına gəldik. Kemal Özdeşə və kollektivinə gələcək həyatlarında uğurlar arzu edirik”.
Bu ayrılıq Türkiyə Super Liqasının cari mövsümündə ilk deyil. İndiyənə kimi “Çaykur Rizəspor” İbrahim Üzülməzlə, “Ərzurumspor” Mehmet Altıparmakla və “Akhisarspor” Safet Susiç ilə yollar ayırıb.


.
.
.
0.67853617668152