Messi və Ronaldo FİFA prezidentini əsəbiləşdirib

18:37 01-10-2018
Messi və Ronaldo FİFA prezidentini əsəbiləşdirib

“FİFA The Best” mükafatının qaliblərinin açıqlandığı mərasimə Messi və Ronaldonun gəlməməyi FİFA prezidenti Canni İnfantinonu çox əsəbləşdirib.
Sportmedia.az xəbər verir ki, bu haqda AS qəzeti məlumat yayıb.
Bildirilir ki, hər iki futbolçunun keçən mövsümün rəmzi heyətində yer almasına baxmayaraq zalda olmaması İnfantinonu çox əsəbiləşdirib və dünyanın ali futbol qurumunun rəhbəri bir daha belə bir vəziyyətin təkrarlanmaması üçün advokatlara göstəriş verib.
Canni İnfantino FİFA-nın təşkil etdiyi mükafatlandırma mərasimlərində futbolçuların iştirakının məcburi olması ilə bağlı yeni qaydanın qəbul olunmasını tələb edib. Mərasimlərdə iştirak etməyəcək futbolçular isə cəzalandırılacaq. Bu qərardan sonra Ronaldo və Messinin necə bir reaksiya göstərəcəyi maraqla gözlənilir.


.
.
.
0.38124084472656