"Beşiktaş" "Çelsi"li ulduzun meneceri ilə görüşüb

17:16 02-10-2018
"Beşiktaş" "Çelsi"li ulduzun meneceri ilə görüşüb

“Beşiktaş” hücumçu transferi üçün çalışmalarını sürətləndirib.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, “qara qartallar” “Çelsi”nin forvardı Olivye Jirunun meneceri ilə görüşüb. Menecerdən İstanbul təmsilçisinə müsbət cavab gəldiyi iddia edilir.
Qeyd edək ki, “Beşiktaş” “Çelsi” ilə 1 illik müqaviləsi olan fransalı son dünya çempionunu dövrələr arası fasilədə aşağı transfer məbləği ilə heyətinə cəlb etmək niyyətindədir.


.
.
.
0.51520490646362