Qattuzo: Özümü həm prezident, həm də işçi kimi hiss edirəm"

17:40 02-10-2018
Qattuzo: Özümü həm prezident, həm də işçi kimi hiss edirəm"

İtaliya A Seriyasında mübarizə aparan “Milan”ın baş məşqçisi Cennero Qattuzo “qırmızı-qaralılar”la bağlı fikirlərini söyləyib.
Sportmedia.az xəbər verir ki, “Milan”ı uşaq yaşlarında dəstəklədiyini və klubu ailəsi kimi gördüyünü deyən Qattuzo:
“Milan” mənim üçün bir ailədə olmaq kimidi. Mənim ailəm də “Milan”lıydı və buna görə də həmişə “Milan”ı dəstəkləmişəm”.

Üzərində təzyiq hiss etdiyini deyən çalışdırıcı: “Çox böyük təzyiq hiss edirəm. Çox qarşılaşmada olmuşam, bunlar asan deyil. Əslində bu, xüsusi bir şeydi, lakin üzərimdə çox böyük məsuliyyət var”.

Sonda özünü həm prezident, həm də işçi kimi hiss etdiyini deyən Cennaro Qattuzo: “Bu klubda işləyən zaman özümü həm prezident, həm də işçi kimi hiss edirəm”.


.
.
.
0.40082502365112