“Araz” bu gün mübarizəyə başlayır

13:15 03-10-2018
“Araz” bu gün mübarizəyə başlayır

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz” bu gün ilk oyununu keçirəcək.
Sportmedia.az xəbər verir ki, Slovakiyanın Luçenec şəhərindəki Sportova Hala Arenada təmsilçimiz Litva çempionu “Vytis”lə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu İvan Şabanov (Rusiya), Sven Eichler (Almaniya) və David Schaerlidən (İsveçrə) ibarət hakimlər briqadası idarə edəcək.


.
.
.
0.42333197593689