İbrahimoviç sabiq klubunun hədəfində

14:51 03-10-2018
İbrahimoviç sabiq klubunun hədəfində

İtaliya A Seriyasında mübarizə aparan “Milan” “LA Qalaksi”də çıxış edən sabiq futbolçusu Zlatan İbrahimoviçi heyətinə qatmaq istəyir.
Sportmedia.az xəbər verir ki, bu haqda “Corriere della Sera” məlumat yayıb.
İddia edilir ki, “qırmızı-qaralılar” yanvar ayında oyunçunun keçidini reallaşdırmaq niyyətindədir. İsveçli hücumçunun bu transferə müsbət yanaşacağı bildirilir.
Xatırladaq ki, “LA Qalaksi”də aylıq 80 min avro qazanan 37 yaşlı forvard bu mövsüm iştirak etdiyi 24 oyunda 20 qol vurub və 6 məhsuldar ötürmə edib. Zlatan İbrahimoviçin “Milan” forması ilə 85 oyuna 56 qolu və 24 məhsuldar ötürməsi var.


.
.
.
0.48103594779968