Qurban Qurbanov: "Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq"

15:58 03-10-2018
Qurban Qurbanov: "Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Arsenal"a qarşı keçiriləcək görüşdən öncə mətbuat konfransında çıxış edib.
Sportmedia.az xəbər verir ki, təcrüvəli mütəxəssis Qurban Qurbanov matçla bağlı fikirlərini bildirib:

"Dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayacağıq. Əlavəyə ehtiyac yoxdu. Çox ciddi hazırlaşırıq oyuna. İnanıram ki, sabah hər birimizi yaxşı oyun gözləyir. Çalışacağıq ki, sona qədər yaxşı mübarizə aparaq və ən azından yaxşı oyun göstərək".
Tək Gerrye yox, bir neçə futbolumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək. Dəfələrlə demişəm ki, bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübədi. Futbolun sevilməsi üçün şansdı. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra iki min, üç min azarkeşimiz çoxalsa yaxşıdı. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq. Düşünürəm ki, qalan işlər pis alınmaz. Hər şey normaldı, qaydasındadı. Futbolçularımızın da böyük təcrübəsi var. Məncə, psixoloji tərəfdən problem olmayacaq. Futbolçularım sabah rahat, həzz almaq üçün özlərini yaxşı tərəfdən göstərəcəklər. O qədər azarkeş tanıyıram, stadiona gəlmirlər amma ən sadiq azarkeşlərimizdən biridi. Azarkeş nə qədər çox olsa, mən və futbolçular daha məsuliyyətli oluruq".


.
.
.
0.72284889221191