Deni Velbek "Arsenal"dan ayrıla bilər

16:13 03-10-2018
Deni Velbek "Arsenal"dan ayrıla bilər

"Arsenal"ın futbolçusu Deni Velbeklə klub rəhbərliyi yeni müqavilə ilə bağlı hələ ki, razılığa gələ bilməyiblər.
Sportmedia.az xəbər verir ki, bu haqda "Daily Mirror" məlumat yayıb.
Bildirilir ki, mövsümün sonunadək sözləşməsi olan ingiltərəli futbolçunun heç bir transfer məbləği ödənilmədən başqa bir kluba keçmə ehtimalı böyükdür. Forvard 1 yanvara qədər "Arsenal"la razılığa gələ bilməsə, başqa klublarla görüşə biləcək.
Xatırladaq ki, bu mövsümə yaxşı başlayan Velbek "topçular"ın heyətində iştirak etdiyi 7 oyunda 4 qol vurub.


.
.
.
0.68680095672607