Əfqan Həmzəyev Praqada keçiriləcək dünya çempionatının baş direktoru təyin edilib

11:35 04-10-2018
Əfqan Həmzəyev Praqada keçiriləcək dünya çempionatının baş direktoru təyin edilib

Oktyabrın 4-8 arası Çexiyanın paytaxtı Praqada Mini Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət dünya çempionatı keçiriləcək.
Sportmedia.az xəbər verir ki, Dünya Mini Futbol Federasiyasının Hakimlər Komitəsinin üzvü olan Əfqan Həmzəyev turnirin baş direktoru təyin edilib.
Həmiçinin o, dünya çempionatında Hakimlər Komitəsinin üzvü kimi də iştirak edəcək.
Xatırladaq ki, Əfqan Həmzəyev artıq 2 ildir ki, Dünya Mini Futbol Federasiyasının Hakimlərin Komitəsinin üzvüdür. O, bu illər ərzində Tunisdəki dünya çempionatında, Çində keçirilən Asiya Kubokunda, Ukraynadakı Avropa çempionatında, Rusiya, Türkiyə və Mərakeşdə təşkil olunan beynəlxalq turnirlərdə Hakimlər Komitəsinin üzvü kimi iştirak etmişdir.
Onu da qeyd edək ki, bu gün start götürəcək turnirdə 16 ölkə mübarizə aparacaq. Bunlar İraq, Macarıstan, Slovakiya, Cənubi Koreya, İsveçrə, Tunis, Kolumbiya, Avstriya, İtaliya, Yaponiya, Böyük Britaniya, Rusiya, Hindistan, Qvatemala, Seneqal və ev sahibi Çexiyadır.


.
.
.
0.40987396240234