“Zirə” – “Qəbələ”: 13-cü görüş

16:15 04-10-2018
“Zirə” – “Qəbələ”: 13-cü görüş

Bu həftə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq.
Sportmedia.az xəbər verir ki, “Zirə” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində son matçında “Qəbələ” ilə görüşəcək. VII tur çərçivəsində baş tutacaq matç rəqiblər arasında 13-cü duel olacaq.
İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar son üç çempionatın hərəsində 4 dəfə qarşılaşıb. “Zirə” əvvəlki görüşlərdə 3 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 11 top keçirən qəsəbə təmsilçisi 15 qol buraxıb.
“Qartallar”ın “Qəbələ” ilə matçlardakı 11 qoluna 8 futbolçu imza atıb. Dubl müəllifi olan Nelson Bonilya, həmçinin Viktor İqbekoyi ilə Milan Duriç hərəyə 2 dəfə fərqlənib. Digər 5 oyunçunun hesabında 1 top var.
Son 6 matçda komandalar meydanı qolsuz tərk etməyib. Belə ki, 2017-ci ildən başlayaraq rəqiblərin görüşlərində hər iki tərəf fərqlənməyə nail olur.
“Qəbələ”ni öz meydanında qonaq edəcək “Zirə” 7-ci dəfə duelə ev sahibi kimi çıxacaq. “Qartallar” bu qarşılaşmalarda 2 qələbə qazanıb, 2 heç-heçə edib və 2 məğlubiyyət alıb. Bu matçlarda top fərqi “Qəbələ”nin xeyrinədir – 6:9.

2015/16 mövsümü
25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0
17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2
Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84
07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26; Ermin Zets, 47, 79

2016/17 mövsümü
25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76
19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0
Filip Ozobiç, 52
12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88
02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61

2017/18 mövsümü
09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74
28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72
17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39
08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Milan Duriç, 53-p. - Stiven Monroz, 78


.
.
.
0.45625591278076