"Qalatasaray" Umar Nyassla razılaşıb

16:56 04-10-2018
"Qalatasaray" Umar Nyassla razılaşıb

“Qalatasaray” “Everton”nun futbolçusu Umar Nyassı yanvarda transfer etmək niyyətindədi.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, baş məşqçi Fatih Tərimin hücumçu tələbindən sonra hərəkətə keçən “Cim Bom” 28 yaşlı oyunçunun meneceri ilə görüşüb və müsbət cavab alıb. “Qalatasaray”la “Everton”un razılışacağı təqdirdə forvard İstanbul təmsilçisi ilə müqavilə imzalamağa hazırdı. Dah əvvəl “Akhisar”da da forma geyinən Nyass xüsusilə Fatih tərimlə çalışmaq istəyir.
Qeyd edək ki, seneqallı futbolçu Liverpul təmsilçisi ilə 2020-ci ilədək sözləşməsi var.


.
.
.
0.69508600234985