Artur Melo: "Messi qeyri-adi şeyləri normal bir şeymiş kimi edir"

17:39 04-10-2018
Artur Melo: "Messi qeyri-adi şeyləri normal bir şeymiş kimi edir"

UEFA Çempionlar Liqasının “B” qrupunda ikinci oyununu “Tottenhem”ə qarşı keçirən və 4:2 hesablı qələbə qazanan “Barselona”nın futbolçusu Artur Melo qarşılaşmadan sonra mətbuata danışıb.
Sportmedia.az xəbər verir ki, 22 yaşlı futbolçu matçın ən yaxşısı Lionel Messi barəsində:
“Messi qeyri-adi şeyləri normal bir şeymiş kimi edir”.

Braziliyalı oyunçu argentinalı ulduzu “futbol tarixinin ən yaxşısı” adlandırıb: “O, futbol tarixinin ən yaxşısıdı və onunla oynamaq şərəfdi. O, mənə futbolumu inkişaf etdirmək üçün çox kömək edir”.
Sonda “Tottenhəm”ə qarşı matçla bağlı fikirlərini söyləyən yarımmüdafiəçi: “Bizim üçün çətin oyun idi, “Tottenhem”in necə güclü komanda olduğunu bilirik və bu qarşılaşma bizim üçün bir növ sınaq oldu. Çox xoşbəxtik”.


.
.
.
0.5723249912262