Emeri: "Əsas qələbə qazanmaq idi, bunu da bacardıq"

23:47 04-10-2018
Emeri: "Əsas qələbə qazanmaq idi, bunu da bacardıq"

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı məğlub etdikləri oyundan sonra jurnalistlərlə görüşüb.

Sportmedia.az xəbər verir ki, Emeri öncə 3:0 hesabıyla qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb, daha sonra media nümayəndələrinin suallarını cavablandırıb:

- Fərqli iki hissə gördük. Bu oyundan belə bir nəticə ilə ayrıldığınız üçün xoşbəxt olmalısız. Çünki çətin oyun oldu. "Qarabağ" yaxşı oyun sərgilədi. Çətinlik çəkdik, ancaq əsas qələbə qazanmaq idi və bunu bacardıq.

- Emil Smit Rounu dəyişdikdən sonra ona nə dediniz?
- Akademiyadan gələn futbolçularımız var. Onlara şans vermək istəyirəm. Smit oyuna yaxşı hazırlaşmışdı, getdikcə daha inkişaf edir. Ona dedim ki, bir epizodda daha yaxşı çıxış edərək, qol imkanı yarada bilərdi.

- Həmin oyunçunun seçilməsində, hansı keyfiyyətləri əsas oldu?
- Hər iki ayaqla yaxşı oynayır. Həmişə məşqlərdə bizə qulaq asır, müsbət cəhətləri çoxdu. Hər oyuna daha yaxşı hazırlaşır.

- "Qarabağ" bu gün Emerini nə ilə təəccübləndirdi?
- Fərqli oyunlarını təhlil etmişdik. Əsas "Şerif" və "Sportinq" matçlarını izləmişəm. "Sportinq"lə yaxşı oynamışdılar.

- Naço Monreal zədələndiyi üçün əvəzlədiniz?
- Monrealın zədəsi yoxdu. Oyunun gedişatıyla bağlı əvəzlədim. (komanda.az)


.
.
.
0.50320315361023