AFFA prezidenti Vəli Qasımovu təbrik edib

14:02 05-10-2018
AFFA prezidenti Vəli Qasımovu təbrik edib

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, “Neftçi” ilə yanaşı Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış etmiş, 1992-ci il Rusiya çempionatının bombardiri, hazırda 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 yaşı tamam olub.
Sportmedia.az xəbər verir ki, bu münasibətlə AFFA-nın prezidenti Rövnəq Abdullayev Vəli Qasımovla görüşərək əlamətdar yubileyi ilə əlaqədar ölkəmizin futbol ictimaiyyəti adından onu təbrik edib, yubilyara cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.


.
.
.
1.1239588260651