UEFA-dan "Spartak"a cəza

16:02 05-10-2018
UEFA-dan "Spartak"a cəza

UEFA “Spartak”ı (Trnava) “Anderlext”lə oyunda yaşanan hadisələrə görə cəzalandırıb.
Sportmedia.az xəbər verir ki, bu haqda Avropanın ali futbol qurumu məlumat yayıb.
Bildirilir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”ə qarşı keçirilən matçda “Spartak” azarkeşlərinin irqçi şüarlar səsləndirməsinə, pilləkənlərdə dayanmasına və komandanın 5-dən artıq sarı vərəqə almasına görə Slovakiya təmsilçisinə 1 matç azarkeşsiz oynamaq cəzası verilib. Həmçinin, UEFA “Spartak”a 82 min avroluq cərimə kəsib.


.
.
.
0.60724306106567