Pol Skouls: "Mourinyo deyinmək əvəzinə işinə köklənməlidi"

17:31 05-10-2018
Pol Skouls: "Mourinyo deyinmək əvəzinə işinə köklənməlidi"

Rayan Qiqqsdən sonra "Mançester Yunayted"in digər sabiq futbolçusu Pol Skouls da Joze Mourinyonu tənqid edib. Bununla belə, Skols Mourinyoya dəstək də olub.
Sportmedia.az xəbər verir ki, Skouls Morinyonun çox deyindiyini, lakin baş məşqçilik postundan göndərilsə, qarışıqlığın yarana biləcəyini deyib.
"Qırmızı şeytanlar"ın ingilis sabiq futbolçusu: Mourinyonun komandada qalacağını düşünürəm. Onun sevmədiyim cəhəti odur ki, sahib olduqlarının qədrini bilmir, sahib olmadıqları üçün deyinir. Komandanın inamı çox aşağıdı".

Mourinyonun keşmişdəki uğurlarını xatırlamalı olduğunu vurğulayan Pol Skouls: "Uzun illər parlaq bir baş məşqçi olub. Rekordlara sahibdi. Ən yaxşılardan biri olub. Mən həmin günlərdəki Mourinyonu görmək istəyirəm. Komanda yenə meydan oxumalıdır. Bizə uğurlu günlərini xatırlat, Joze!".


.
.
.
0.46390509605408