Samir Abasov: "Zirə"nin fanatları, bu qələbəni gözləyirdilər"

21:03 05-10-2018
Samir Abasov: "Zirə"nin fanatları, bu qələbəni gözləyirdilər"

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Zirə” – “Qəbələ” matçı keçirilib (1:0).
Sportmedia.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında “qartallar”ın baş məşqçisi Samir Abasov qarşılaşma ilə bağlı fikirlərini səsləndirib:

"Futbolçularımız bu matça özləri özlərini hazırlamışdılar. Həftəiçi yumruq kimi birləşdilər. Qalib gəlməyə çox istəkli idilər. Çoxdandı gözlədiyimiz 3 xalı qazandılar. Meydanda çox çalışdılar, Allah da bizə bu qələbə payını verdi. Bəzi məqamları meydanda görmək istəmirəm. Bəzi oyunçular məni üzür. Onlara deyirəm ki, meydana çıxanda bilməlisiz ki, kim nə etməlidi. Bu gün neqativdən danışmaq istəmirəm. Bu mübarizəyə görə onlara halal olsun. Sağ olsunlar. “Zirə”nin fanatları, bu qələbəni gözləyirdilər".


.
.
.
0.55875897407532