Nazim Süleymanov: "Qorxduğumuz başımıza gəldi"

22:59 05-10-2018
Nazim Süleymanov: "Qorxduğumuz başımıza gəldi"

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sportmedia.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Hər kəs komanda haqda yaxşı fikir söyləyirdi. Qorxduğumuz elə bu anlar idi. Futbolçularımıza da oyundan əvvəl diqqətli olmağı tapşırmışdıq. Rəqibi təbrik etmək lazımdı. Qələbə həmişə yaxşıdı, məğlubiyyət isə həmişə pis. "Səbail" hələ penaltini də vura bilmədi. Əsas oyun yox, 3 xaldı. Komanda hardasa uduzmalı idi. Təəssüflər olsun ki, belə nəticə oldu. Ancaq futbolda belə şeylər olur. İlk 6 oyunda nəticə pis deyildi. Qələbə olan yerdə məğlubiyyət də var. Deməli, daha yaxşı işləməliyik. Bu gün hesabda geri olsaq da, qol epizodlarımız oldu”. (komanda.az)


.
.
.
0.95970392227173