Aftandil Hacıyev: "Bu 3 xal bizim üçün çox önəmli idi"

23:01 05-10-2018
Aftandil Hacıyev: "Bu 3 xal bizim üçün çox önəmli idi"

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsind “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportmedia.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“İlk növbədə rəqibi təbrik edirəm. Görünən odur ki, "Sumqayıt" 10 xalı elə-belə yığmayıb. Çətin komandadı. Fərqli iki hissə oldu. İlk hissədə daha çox biz hücum etdik. Ancaq fasilədən sonra hesabı qorumaq üçün daha çox müdafiə olunduq. Bu 3 xal bizə çox önəmli idi. Çünki ötən tur acı məğlubiyyət almışdıq. Bundan sonra futbolçuları psixoloji durumdan çıxarmaq çətin idi. Ancaq şükürlər olsun ki, oyunçular toparlandılar və lazım olan 3 xalı qazandılar. Komandaya ikinci hissədə daha çox müdafiə olunmağı tapşırmışdıq. Çünki üzü küləyə tərəf oynayırdıq və hesabdakı üstünlüyümüzü qorumalı idik. Hesab başqa cür də ola, "Sumqayıt" hesabı dəyişə bilərdi. Bu gün külək oyunda böyük rol oynadı. Matça hazırlıqda külək amilini nəzər almışdıq”. (komanda.az)


.
.
.
0.67217111587524