Elşad Əhmədov: "Debütant üçün 10 xal normaldı"

23:03 05-10-2018
Elşad Əhmədov: "Debütant üçün 10 xal normaldı"

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sportmedia.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:

“Neftçi” layiqli qələbə qazandı. İlk yarıya yaxşı başlamadıq. Müdafiədə boşluqlar verirdik, hücuma keçə bilmirdik, erkən qol buraxdıq. Fasilədən sonra özümüzə gəldik. Zənnimcə, ikinci hissədə bir qədər üstün oynadıq. Hücum xəttində problemlərimiz var. İlk dövrədəki çıxışımıza gəlincə, debütant üçün 10 xal normaldı. Amma nəticə kimi razıyam, oyun olaraq, xeyr”. (komanda.az)


.
.
.
0.52237701416016