Roberto Bordin: "Qələbəni Karikariyə həsr edirik"

00:24 06-10-2018
Roberto Bordin: "Qələbəni Karikariyə həsr edirik"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasında 7-ci turun "Sabah” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
Sportmedia.az xəbər verir ki, italiyalı mütəxəssis qələbəni "ağ-qaralar"ın futbolçusu Kvame Karikariyə həsr etdiklərini bildirib: "Qələbə münasibətilə komandamı təbrik edirəm. Say azlığında olmasına baxmayaraq, futbolçular əzmkarlıq göstərdilər. Qələbəni Karikariyə həsr edirik. Bildiyiniz kimi, onun anası rəhmətə gedib. Onu da deyim ki, bizi qələbə münasibətilə ilk olaraq məhz Karikari təbrik etdi”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Emin Mahmudovu yorğunluq əlaməti olduğuna görə əvəzlədik. Ciddi bir şey yoxdur, sadəcə, risk etmək istəmədik. Slavko Braliçin meydandan kənarlaşdırılmasına gəlincə, futbolçu qırmızı vərəqə alıbsa, bu, o demək deyil ki, pis oynayıb. Braliç yaxşı oyun göstərdi. Düşünürəm ki, ikinci sarı vərəqə epizodunda kobud oyun yox idi”.

Roberto Bordin ilk dövrəni də dəyərləndirib: "Əlbəttə, xoşdur ki, ilk dövrəni lider kimi tamamladıq. Amma qarşıda bizi çətin oyunlar gözləyir. Çalışacağıq ki, lider mövqeyimizi qoruyaq”.


.
.
.
0.45808291435242