Türk futbolçu Avropa nəhənginin maraq dairəsində

15:07 06-10-2018
Türk futbolçu Avropa nəhənginin maraq dairəsində

“Bavariya” “Roma”nın şərəfini qoruyan Cengiz Ündəri heyətinə qatmaq istəyir.
Sportmedia.az xəbər verir ki, bu haqda İtaliya mətbuatı məlumat yayıb.
Almaniya təmsilçisinin 21 yaşlı vinqer üçün 60 milyon avroluq təklif göndərməyə hazırlaşdığı iddia edilir. “Roma” isə gələn aydan bütün təklifləri nəzərdən keçirməyə başlayacaq. Həmçinin, gənc futbolçunun “Arsenal” və “Mançester Siti”nin maraq dairəsində olduğu qeyd edilir.
Xatırladaq ki, bu mövsüm “Roma”nın heyətində 7 oyunda iştirak edib 525 dəqiqə meydanda olan Cengiz Ündər 2 qol vurub və 4 məhsuldar ötürmə edib.


.
.
.
0.9578800201416