Neymar Poqbanı PSJ-də görmək istəyir

15:55 06-10-2018
Neymar Poqbanı PSJ-də görmək istəyir

“Mançester Yunayted”in futbolçusu Pol Poqba ilə bağlı yeni iddia ortaya atılıb.
Sportmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin ulduz futbolçusu Neymar Poqbanı öz komandasına transfer olmağı üçün razı salmağa çalışır.
“Mançester Yunayted”də baş məşqçi Joze Mourinyo ilə problemləri olan fransalı futbolçunun klubdan ayrılmaq ehtimalının böyük olduğu qeyd edilir.
Xatırladaq ki, 2016-cı ildə Neymar “Barselona”da çıxış edən zaman Poqbanın “kataloniyalılar”a transferi üçün hərəkətə keçmişdi.


.
.
.
0.89532089233398