“Zirə” tarixində 49-cu

15:57 06-10-2018
“Zirə” tarixində 49-cu

Miloş Radivoyeviç “Zirə”nin heyətində qol hesabını açıb.
Sportmedia.az xəbər verir ki, bu hadisə Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edib. Serbiyalı futbolçu “qartallar”a ilk qələbəni qazandıran topun müəllifi olub – 1:0.
28 yaşlı müdafiəçi “Zirə”nin tarixinə qol sevinci yaşayan 49-cu futbolçu kimi düşüb. O, qəsəbə təmsilçisinin heyətində rəqib qapısına yol tapan 18-ci legioner, 3-cü serbiyalıdır. Miloşa qədər həmyerliləri Milan Duriç 9, Yovan Krneta 6 dəfə fərqlənib.
Yalnız Premyer Liqa matçlarını nəzərə alsaq, Radivoyeviç “Zirə”də fərqlənən 29-cu futbolçudur.


.
.
.
0.42811894416809