Eden Azar: "Məhəmməd Salah keçən mövsümün ən yaxşı oyunçusu idi"

16:20 06-10-2018
Eden Azar: "Məhəmməd Salah keçən mövsümün ən yaxşı oyunçusu idi"

İngiltərə Premyer Liqasına yaxşı başlayan və dünyanın ən yaxşı oyunçularından biri hesab edilən Eden Azar maraqlı açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, belçikalı ulduz gələcəkdə hər şeyin fərqli ola biləcəyini deyib:
“Hazırda mən yaxşıyam, lakin iki ay sonra çox fərqli ola bilər. Məni necə xarakterizə etdikləri ilə maraqlanmıram. Çalışmağa davam edəcəm və nələrin olacağını görəcəyik”.
Premyer Liqada bəyəndiyi futbolçuları açıqlayan Eden Azar: “Kantenin ən yaxşıların arasında olduğunu düşünürəm. Çoxlu sayda səviyyəli futbolçular var. Aquero da ən yaxşılarından biridi. Hal-hazırda zədəli olan De Bruyne də var. Məhəmməd Salah isə keçən mövsümün ən yaxşı oyunçusu idi”.
Xatırladaq ki, 2020-ci ilədək “Çelsi” ilə müqaviləsi olan 27 yaşlı futbolçu bu mövsüm 7 oyuna 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


.
.
.
0.66754102706909