Nazarov komandasına qələbə qazandırdı

17:54 06-10-2018
Nazarov komandasına qələbə qazandırdı

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.

Sportmedia.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma meydanda “Holştayn”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Aue”nin qələbə qolunu 90+1-ci dəqiqədə Nazarov vurub.

Nazarov qarşılaşmanın 85-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Aue” II Bundesliqanın turnir cədvəlində 10 xalla 13-cü pillədə qərarlaşıb.


.
.
.
0.47114014625549