Gəncə şəhər stadionu təmir üçün Dövlət Proqramına salınıb

17:56 06-10-2018
Gəncə şəhər stadionu təmir üçün Dövlət Proqramına salınıb

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu təmiri nəzərdə tutulan obyektlərin sırasındadır.
Sportmedia.az xəbər verir ki, yarım əsrdən çox tarixi olan arena bunun üçün Dövlət Proqramına salınıb. Bu barədə Gəncədə keçirilən Azərbaycan gənclərinin 8-ci formunun ilk zona toplantısında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir jurnalistlərə müsahibəsində növbəti illərdə arenanın təmir olunacağına inandığını bildirib.

Qeyd edək ki, 25 000 tamaşaçı tutumuna malik stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının Yüksək Liqasına çıxması ilə indiki formasına salınıb. Müxtəlif vaxtlarda idman qurğusunda təmir-bərpa işləri aparılsa da, mövcud vəziyyətə uyğun olaraq əsaslı yenidənqurmaya ehtiyac var.


.
.
.
0.41139888763428