Boksçularımız klublararası beynəlxalq turnirdə qüvvəsini sınayacaq

13:58 07-10-2018
Boksçularımız klublararası beynəlxalq turnirdə qüvvəsini sınayacaq

“Qəbələ” İdman Klubunun boksçuları Ukraynada təlim-məşq toplanışına başlayıb.
Sportmedia.az xəbər verir ki, klubun boks bölməsinin rəhbəri Fariz Məmmədovun başçılığı altında Krivoy Roq şəhərinə yollanan idmançılar hazırlıq prosesi çərçivəsində klublararası beynəlxalq yoxlama turnirində də qüvvəsini sınayacaq.
Yarışda boksçularımızla birgə toplanış keçən “Leather Gloves” (Özbəkistan), DKD (Gürcüstan) və yerli KB-75 klubları da mübarizə aparacaq. Oktyabrın 10-da turnirin çəki mərasimi, püşkatma, həmçinin mətbuat konfransı təşkil olunacaq. Ertəsi gün komandalar arasında yarımfinal matçları baş tutacaq. Oktyabrın 12-də isə final və 3-cü yer uğrunda matç keçiriləcək. Baş məşqçi Ramiz Mirkamilov bu görüşlərdə hazırlıq prosesinə qatılan 7 boksçuya güvənəcək. Bunlar Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (+91 kq).


.
.
.
0.48473310470581