"Ştutqart"da ayrılıq

15:14 07-10-2018
"Ştutqart"da ayrılıq

Almaniya Bundesliqasında ayrılıq yaşanıb.
Sportmedia.az xəbər verir ki, bu mövsüm istədiyi nəticələri əldə edə bilməyən “Ştutqart” baş məşqçi Tayfun Korkut ilə yolları ayırıb.
Həmçinin, “qırmızılar” baş məşqçinin köməkçiləri İliya Araçiç və Stiv Çerandolunu da komandadan göndərib. Bildirilir ki, yeni çalışdırıcı ilə müqavilə imzalanana qədər Andreas Hinkellə birlikdə Mattias Şiffers, Marko Lanqer və Andreas Şumaxer məşqlərdə komandanın başında olacaqlar.
Dünən “Hannover”ə səfərdə 3:1 hesabı ilə məğlub olan “Şturtqart” bu mövsüm 7 oyunda 1 qalibiyyət, 2 heç-heçə və 4 məğlubiyyət alaraq turnirin cədvəlinin son pilləsində qərarlaşır.
Yanvar ayının sonunda Tayfun Korkut komandanın başına gətirikdikdən sonra “Ştutqart” 14 oyuna 9 qalibiyyət, 4 heç-heçə və 1 məğlubiyyət alaraq keçən mövsümü 7-ci sırada başa vurmuşdu. Bundan sonra Tayfun Korkut və köməkçiləri ilə müqavilənin müddəti 2020-ci ilədək uzadılmışdı.


.
.
.
1.115923166275