İskodan "Real"a şad xəbər

16:00 07-10-2018
İskodan "Real"a şad xəbər

Apandisit əməliyyatına görə bir müddətdir yaşıl meydanlardan kənarda qalan İskodan “Real”a (Madrid) şad xəbər gəlib.
Sportmedia.az xəbər verir ki, ispan futbolçu La Liqanın 10-cu turunda “Barselona” ilə keçiriləcək matçda iştirak edə biləcək.
26 yaşlı oyunçu sosial media hesabındakı açıqlamasında: “Qayıtmaq üçün səbrsizlənirəm”.
Onu da qeyd edək ki, “kral klubu” İskosuz oynadığı “Sevilya” matçında 3:0 hesablı məğlubiyyət, “Atletiko” (Madrid) qarşılaşmasında 0:0 hesablı heç-heçə və Çempionlar Liqasında ÇSKA-ya (Moskva) qarşı oynanılan oyunda 1:0 hesablı məğlubiyyət alıb.


.
.
.
0.55561304092407