Əsgərov oynadı, komandası darmadağına sevidi

16:14 07-10-2018
Əsgərov oynadı, komandası darmadağına sevidi

Futbol üzrə Latviya birinci liqasında 20-ci turun oyunları keçirilib.

Sportmedia.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun şərəfini qoruduğu “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Stayçeles Bebri”nin qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.

Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 68-ci dəqiqədə əvəzlənib.

Vurduğu 25 qolla həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda fərqlənə bilməyib.

Qeyd edək ki, “Dauqavpils” 20 turdan sonra 52 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.


.
.
.
0.83196592330933