Paşayev oynadı, komandası qələbə qazandı

16:21 07-10-2018
Paşayev oynadı, komandası qələbə qazandı

Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Sportmedia.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” doğma meydanda “Çernomorets”lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:2 hesabı ilə qələbəsi ilə yekunlaşıb.

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb. Pavel 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Aleksandriya” 22 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.


.
.
.
0.4800751209259