"Beşiktaş"a yeni forvard transfer ediləcək

17:44 07-10-2018
"Beşiktaş"a yeni forvard transfer ediləcək

"Beşiktaş"ın ikinci prezidenti Sərdal Adalı dövrələr arası fasilədə yeni oyunçu transfer edəcəklərini açıqlayıb.
Sportmedia.az xəbır verir ki, Adalı hücum xəttini gücləndirəcəklərini bildirib:
"Güclü komandamız var. Dövrələr arası fasilədə yeni forvard transfer edəcəyik. Bu heyət Türkiyə Super Liqasında çempion olar".
Yaranan bədbin atmosferə layiq olmadıqlarını deyən Sərdar Adalı: "Hər komandanın problemləri var. Həm Super Liqada, həm də Avropa Liqasında iddialıyıq. İnanıram ki, Avropa Liqasında qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacağıq".


.
.
.
1.2673239707947