"Bavariya"nın baş məşqçisi tənqidlərə cavab verib

18:04 07-10-2018
"Bavariya"nın baş məşqçisi tənqidlərə cavab verib

"Bavariya"nın çalışdırıcısı Niko Kovaç kifayət qədər oynamaq şansı verilmədiyinə görə baş məşqçidən məmnun olmadığını bildirən Hames Rodrigezlə bağlı danışıb.
Sportmedia.az xəbər verir ki, təcrübəli mütəxəssis Rodrigezin komanda üçün çox önəmli bir futbolçu olduğunu, lakin tənqidlərlə razılaşmadığını deyib:
"Birinin oynadığı və digərinin oynamadığı vəziyyətlər hər zaman var. Hames olduqca önəmli futbolçudu, lakin tənqidlərlə razı deyiləm. Yenə də hər kəs qədər meydanda olacaq".
Xatırladaq ki, Hames Rodrigez bu mövsüm 8 qarşılaşmada iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


.
.
.
0.4567608833313