“Neftçi”nin müdafiəçisindən 250-ci oyun

14:20 08-10-2018
“Neftçi”nin müdafiəçisindən 250-ci oyun

Azərbaycan Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Tural Axundov üçün yubileylə əlamətdar olub.
Sportmedia.az xəbər verir ki, “Sabah”la matçın (2:0) 82-ci dəqiqəsində meydana daxil olan müdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Yarışda 2008/09 mövsümündə MOİK-in heyətində debüt edən Axundov sonradan “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz” və “Sumqayıt”da da çıxış edib. Müdafiəçinin hesabında 17 qol var.
Axundov ölkə çempionatında 250 və daha çox oyun keçirən 58-ci futbolçu olub.

mövsüm

klub

oyun

qol

2008/09

MOİK

2

0

2009/10

Muğan

11

2

2010/11

Muğan

27

1

2011/12

Rəvan

31

0

2012/13

Rəvan

23

0

2013/14

Simurq

32

0

2014/15

Simurq

30

0

2015/16

Kəpəz

35

5

2016/17

Kəpəz

25

5

2017/18

Sumqayıt

27

4

2018/19

Neftçi

7

0

Cəmi

11 mövsüm, 7 klub

250

17


.
.
.
0.42345499992371