Qurbanovla “Sumqayıt”dan yubiley 

14:22 08-10-2018
Qurbanovla “Sumqayıt”dan yubiley 

Azərbaycan Premyer Liqasının VII turunun “Səbail” – “Sumqayıt” matçında (2:0) vurulan ikinci qol ikiqat yubileylə əlamətdar olub.
Sportmedia.az xəbər verir ki, Ruslan Qurbanov Azərbaycan çempionatlarında 35-ci qolunu vurub. Hücumçu buna özünün 170-ci oyununda imza atıb. O, bombardirlər siyahısında Samir Əliyev və Viktor Kulikovla 69-71-ci yerləri bölüşür. “Neftçi”də 19, “Sumqayıt”da 9, “Qəbələ”də 6 dəfə fərqlənən Ruslan “Səbail”də qol hesabını açıb.

Bu top “Sumqayıt”ın Premyer Liqada buraxdığı 200-cü səfər qoludur. 117-ci matçda bu qədər qol buraxan komanda orta hesabla 1,71 topa üzülüb.


.
.
.
0.43279194831848