40-cı qələbə

14:28 08-10-2018
40-cı qələbə

“Zirə” Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə ilk qələbəsini qazanıb.
Sportmedia.az xəbər verir ki, VII turun “Qəbələ” ilə matçında 1:0 hesabı ilə qalib gələn “qartallar” bununla da yubiley qələbəsini bayram edib. Qəsəbə klubu Premyer Liqada 40-cı dəfə 3 xala sevinib.
Bunadək “Zirə”nin hesabında 39 qələbə var idi. “Qartallar” 2015/16 mövsümündə 17 qarşılaşmada qalib gəlmişdi. Sonrakı mövsümdə 10 dəfə 3 xal qazanan qəsəbə təmsilçisi 2017/18 mövsümündə 12 dəfə uğur qazanıb.
“Zirə” evdə daha çox qələbə əldə edib. Öz meydanında 26-cı uğurunu qeyd edən futbolçular səfərdə 14 dəfə 3 xal qazanıb.
Qeyd edək ki, komanda ilk qələbəsini 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda rəsmiləşdirib – 1:0.


.
.
.
0.57781195640564