"Vorskla" və "Sportinq"lə matçın biletləri satışda!

15:03 08-10-2018
"Vorskla" və "Sportinq"lə matçın biletləri satışda!

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində son iki ev oyunun biletləri artıq satışdadır.
Sportmedia.az xəbər verir ki, 25 oktyabrda Ukraynanın “Vorskla” (Poltava) klubuyla matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir. Noyabrın 29-u Portuqaliyanın “Sportinq” klubuyla matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) AZN arasında dəyişir.
Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və ya onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz.


Satış məntəqələri:
“Qarabağ” FK (Fan-Şop)
Gənclik Mall
28 Mall
ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)
İticket satış məntəqələr


.
.
.
0.59541702270508