"Qalatasaray"dan Fatih Tərimə sürpriz təklif

15:16 08-10-2018
"Qalatasaray"dan Fatih Tərimə sürpriz təklif

“Qalatasaray” baş məşqçisi Fatih Tərimlə olan müqavilənin müddətini uzatmaq üçün hərəkətə keçib.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, klub prezidenti Mustafa Cengiz təcrübəli mütəxəssisə 3 illik yeni sözləşmə təklif edəcək. “İmperator”un təxminən illik 3 milyon avro məvacib alacağı gözlənilir. Əgər “Qalatasaray” bu mövsüm də Super Liqada çempion olarsa, Fatih Tərimə əlavə olaraq 500 min avro mükafat veriləcəyi iddia edilir.
Xatırladaq ki, keçən mövsümün ortasında “Cim Bom”a gələn 65 yaşlı çalışdırıcının hazırki sözləşməsi may ayında başa çatacaq.


.
.
.
0.66306209564209