Zidanın meneceri: "Zinəddinin İngiltərədə çalışacağını düşünmürəm"

16:17 08-10-2018
Zidanın meneceri: "Zinəddinin İngiltərədə çalışacağını düşünmürəm"

“Mançester Yunayted”də Joze Mourinyonun yerinə gətirələcəyi iddia edilən Zinəddin Zidanın menecerindən açıqlama gəlib.
Sportmedia.az xəbər verir ki, Fransa mətbuatına danışan Alen Milyaçço:
“Zinəddinin İngiltərədə çalışacağını düşünmürəm. Onun oyun tərzi İngiltərəyə uyğun gəlmir”.
Təcrübəli mütəxəssisin “Yuventus”da çalışa biləcəyini vurğulayan Milyaçço: “Zidanın “Yuventus”la bir keçmişi var. Orda baş məşqçilik etməyi mümkün ola bilər”.
Ötən günlərdə Zidanın sabiq komanda yoldaşı Kristof Dyuqarri verdiyi açıqlamada Zinəddinin “Mançester Yunayted”də çalışmayacağını bildirmişdi.


.
.
.
0.4918839931488