"Qarabağ"ın rəqibindən 340 milyon avroluq müqavilə

17:18 08-10-2018
"Qarabağ"ın rəqibindən 340 milyon avroluq müqavilə

İngiltərə Premyer Liqasında mübarizə aparan "Arsenal" çox önəmli sponsorluq müqaviləsi imzalayıb.
Sportmedia.az xəbər verir ki, "Puma" ilə olan sözləşmə mövsümün sonunda bitəcək "Arsenal" gələn mövsüm üçün "Adidas" ilə razılığa gəlib. 2019/2020 mövsümündən etibarən "topçular"ın forma sponsoru "Adidas" olacaq.
Bu sazişə əsasən, London təmsilçisi 5 il ərzində 340 milyon avro gəlir əldə edəcək.


.
.
.
0.45992398262024