Lopeteqinin yerinə iki namizəd

17:41 08-10-2018
Lopeteqinin yerinə iki namizəd

Zinəddin Zidanın ayrılığından sonra baş məşqçilik postuna gətirilən və ümidləri doğrultmayan Xulen Lopeteqi ilə "Real"ın (Madrid) gələcəyi parlaq görünmür.
Sportmedia.az xəbər verir ki, bu haqda AS məlumat yayıb.
Əgər pis gedişat oktyabr ayında da davam etsə, Lopeteqi ilə yollar ayrılacaq.
Komandanın baş məşqçilik postuna iki namizəd göstərilib. Bildirilir ki, Lopetiqi klubdan göndərilsə, onu yerinə ya Antonio Konte, ya da Santiaqo Solari gətiriləcək.
Konte "Çelsi"dən ayrıldıqdan sonra heç bir klubla müqavilə imzalamayıb. "Kral klubu"nun sabiq futbolçusu Solari isə 2016-cı ildən "Real"ın B komandasını çalışdırır.


.
.
.
0.56113600730896