Türkiyənin məşhur geyim brendi ilə sponsorluq müqaviləsi

17:53 08-10-2018
Türkiyənin məşhur geyim brendi ilə sponsorluq müqaviləsi

AFFA və Türkiyənin məşhur geyim brendi "D’S Damat" arasında sponsorluq müqaviləsinin imzalanması razılaşdırılıb.
Sportmedia.az xəbər verir ki, imzalama mərasimi yaxın günlərdə keçiriləcək.

Müqavilə çərçivəsində "D’S Damat" şirkətinə Azərbaycan milli komandasının iştirak etdiyi UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüquqları təqdim ediləcək. Həmçinin "D’S Damat" milli komandanın üzvlərini və AFFA-nın əməkdaşlarını kostyumlarla təmin edəcək.

2002-ci ildən etibarən "D’S Damat" kişi geyim bazarının lideri olmaqla bərabər, rəqabətədavamlı qiymətlər ilə keyfiyyət, rahatlıq və dizayn təqdim edir. "D’S Damat" 100 faiz yerli parçalardan hazırlanan geniş və dünya standartlarına uyğun olan kolleksiyaları, yüksək uyğunluğa malik texnologiya ilə rahatlığı birləşdirən dizaynları ilə dünyanın ən çox danışılan brendinlərindən birinə çevrilmişdir.
"D’S Damat" dünya üzrə 200 dən çox mağazası ilə kişi geyimlərində vərdişləri dəyişməyə davam edir.


.
.
.
0.60717606544495