İntizam Komitəsinin iclası keçirildi

13:49 09-10-2018
İntizam Komitəsinin iclası keçirildi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportmedia.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının VII turunun “Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 28 №-li futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Azərbaycan Premyer Liqasının VII turunun “Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov oyun sonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimə olunur (maddə 82.2).

I Divizionun VI turunun “Sabah-2” – “Kəpəz” matçında “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun VI turunun “Neftçi-2” – “Şüvəlan” matçının 88-ci dəqiqəsində “Şüvəlan” klubunun 98 №-li futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun VI turunun “Keşlə-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun VI turunun “Qarabağ-2”–“Səbail-2” matçında “Səbail-2” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Klub eyni zamanda, 800 manat cərimə olunur (maddə 51).

I Divizionun VI turunun “Zaqatala” – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).


.
.
.
0.52298402786255