Morata: "Eden Azarla "Real"dan danışdıq"

13:49 10-10-2018
Morata: "Eden Azarla "Real"dan danışdıq"

“Çelsi”nin “Real”dan (Madrid) transfer etdiyi Alvaro Morata İspaniya mətuatına komanda yoldaşı Eden Azar haqqında danışıb.
Sportmedia.az xəbər verir ki, Azarın Londonda çox xoşbəxt olduğunu deyən Morata:
“Azarla daha əvvəl danışmışam. “Çelsi”dən ayrılmaq istəmir, lakin “Real” “Çelsi” ilə razılaşsa, transfer olmağa müsbət yanaşır”.

Eden Azarın yayda klubla problem yaşamadığını vurğulayan ispan forvard: “Klubla çox yaxşı münasibəti var. “Çelsi”də olduğuna görə xoşbəxtdi. Digər oyunçularının transfer vəziyyətləri kimi deyil. “Hər nə olursa olsun, komandadan ayrılacam” demir. Çünki, “Çelsi” ilə xoş xatirələri, keçmişi var”.

Xatırladaq ki, Eden Azar ötən günlərdə “Real”da oynamağın uşaqlıq xəyalı olduğunu bildirmişdi.


.
.
.
0.515780210495